Türkiyədə genişmiqyaslı əməliyyatlar keçirildi

Oktyabrın 25-də Türkiyənin müxtəlif bölgələrində FETÖ/PDY, PKK və İŞİD terror təşkilatlarının üzvlərinin saxlanılması məqsədilə genişmiqyaslı əməliyyatlar keçirilib.

Yerli KİV bildirir ki, ölkənin Kocaeli, İzmir və Ankara vilayətlərində keçirilən əməliyyat nəticəsində Türkiyə Silahlı Qüvvələrinin FETÖ/PDY terror təşkilatı ilə əməkdaşlıqda şübhəli bilinən 9 əməkdaşı saxlanılıb.

Mərkəzi Adana olmaqla daha üç vilayətdə keçirilən əməliyyat zamanı PKK/KCK terror təşkilatı ilə əməkdaşlıq etməkdə şübhəli bilinən beş nəfər saxlanılıb. Onlardan üçü həbs edilib.

pia.az