Pentaqonda Baydenin andiçməsi ilə bağlı Trampdan gizli danışıqlar aparılıb

ABŞ Silahlı Qüvvələri və hərbi hissələrinin komandanlığı hazırkı prezident Donald Trampdan gizli şəkildə, prezident seçkilərində qalib gələn Co Baydenin andiçməsinin qarşısını almaq üçün birincinin hərbi vəziyyət tətbiq etməsi halında fəaliyyət planı hazırlayır.

Bu barədə “Newsweek” nəşri Pentaqondakı mənbələrə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, Ağ Ev və Donald Trampın tərəfdarları gizli danışıqlardan xəbərdar deyil. Komandanlıq prezident Vaşinqtona qoşun yeritməyi əmr edəcəyi halda necə davranacağına qərar verir.

pia.az