Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunan konfrans keçiriləcək
Dekabrın 25-də “Azərbaycanın ədəbi, mədəni və ictimai-siyasi həyatının fədaisi: Əbdürrəhim bəy Haqverdiyev 150” mövzusunda onlayn konfrans keçiriləcək.
Mədəniyyət Nazirliyindən bildirilib ki, konfrans Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyi münasibəti ilə təşkil olunur.
Konfrans “UNESCO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri proqramı” çərçivəsində Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə baş tutacaq.
Konfrnas saat 11:00-da Mədəniyyət Nazirliyinin rəsmi “Youtube” kanalı vasitəsilə canlı yayımlanacaq.
pia.az