Prezident İlham Əliyev və xanımına Qubadlıda xurma sovqatı verildi

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı rayonunda olarkən dövlət başçısına və xanımına Qubadlı məhsulu olan xurma sovqatı verilib.

PİA.az xəbər verir ki, sovqata baxan dövlət başçısı deyib:

"Əladır. Aparırıq Bakıya. Qubadlı xurmasından yeyəcəyik. Elə yerə qoyun əzilməsin".

Qeyd edək ki, dekabrın 23-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş Qubadlı və Zəngilan rayonlarında olublar.(Report)

pia.az