Ailəsi Dilqəm Əsgərovla görüşməyib - “Həkim nəzarətindədir“

2014-cü ilin iyul ayından erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərov dekabrın 14-ü girovluqdan azad edilib. Müvafiq karantin tədbirləri ilə əlaqədar onlar hələ ailələri ilə görüşə bilmirlər.

Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov Yenisabah.az-a açıqlamasında atası ilə telefonla danışdıqlarını və səhhətinin yaxşı oduğunu deyib:

“Karantinlə əlaqədar atamla hələ görüşə bilməmişik. Hansı xəstəxanada olduğunu da bilmirik. Çünki bizə bu haqda məlumat verilmir. Yəqin ki, dekabrın 28-i, yəni karantin müddəti başa çatdıqdan sonra görüşəcəyik. Atamla bir dəfə telefonla danışmaq imkan olub, onda da hər şeyin normal olduğunu deyib”.

pia.az