“Milan” İbrahimoviçin əvəzləyicisini tapdı

"Milan" heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.

PİA.az qol.az-a istinadən xəbər verir ki, İtaliya klubu "Napoli"dən Fernando Llorenteni transfer etmək istəyir. A seriya təmsilçisi 35 yaşlı hücumçunu zədəli oyunçusu Zlatan İbrahimoviçin əvəzləyicisi kimi görür. İspaniyalı futbolçunun "Napoli" ilə hazırkı müqaviləsinin müddəti isə 2021-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Fernando Llorente bu mövsüm "Napoli"də oyuna çıxmayıb.

pia.az