Ermənistan-Azərbaycan sərhədində divar çəkilsin? 

“Zeyvə (David bek) kəndinin  sakinləri olan ermənilər dövşan kimi ətrafda olan Azərbaycan əsgərlərindən qorxduqlarını bildirirlər və dərhal da rus  ordusunu onları qorumaq üçün əraziyə gətiriblər. Bəs onda Seyidlər, Ağkənd, Qazançı və Günqışlaq kəndinin Azərbaycanlı  sakinləri necə yaşamalıdır? Ən düzgünü Azərbaycan və Ermənistan sərhədlərində Trampın ABŞ-Meksika sərhəddindəki kimi divarlar tikməli, ya da İsraillə Ərəb dövlətlərinin sərhədlərində olduğu kimi məsafədən idarə olunan güclü mühafizə sistemləri qurulmalıdır”.

Bunu ekspert Qubad İbadoğlu deyib.

Q.İbadoğlu məsafədən idarə olunan güclü mühafizə sistemlərinin qurulmalısının uyğun variant olduğunu bildirib: “Çünki onu tez  qurmaq  olar və daha etibarlıdır”.

pia.az