Ermənistan müxalifəti ümumermənistan tətili elan edib

"Həfətinin ikinci günündən ümumermənistan üzrə tətil elan edirik. Ermənistan ərazisində təhsil dayandırılır, kütləvi vətəndaş itaətsizliyi başlayır".

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir kir, bunu dekabrın 19-da “daşnak”ların təmsilçisi İşxan Saqatelyan bildirib.

O, Ermənistanın bütün vətəndaşlarını tətili dəstəkləməyə çağırıb:

“Dekabrın 22-də saat 12.00-da Respublika meydanınında mitinq olacaq. Bununla paralel olaraq hökumət və başqa nazirliklərin binasına gedən yolları bağlayacağıq”.

Qeyd edək ki, dekabrın 19-21-dək Ermənistanda matəm elan olunub. Dekabrın 19-da müxalifət nümayəndələri Ermənistanın baş naziri Nikol Paşinyan və tərəfdarlarının hərbçilərin basdırıldığı qəbiristanlığa girişlərinə mane olmağa çalışıblar.

pia.az