"Şou-biznesə gələnlər onların tərəzisindən keçməlidir"

Müğənni Niyam Salami şou-biznes əhlinin sosial şəbəkədə bir-birini "qara siyahı"ya atmasından danışıb.

Axşam.az xəbər verir ki, sənətçi "MTV Azərbaycan"a açıqlamasında həmkarı Natavan Həbibi ilə yaşadığı inciklikdən söz açıb:

"Qara siyahım"da şou nümayəndələri çox var, adını demək istəmirəm. Həmin insanı görmək məni əsəbiləşdirir. Bir dəfə Natavan Həbibi ilə problem yaşamışdım. Onu "qara siyahı"ya atmışdım. Evdə oturmuşdum, gördüm İnstaqram profilim ələ keçirildi, ad və şəklim dəyişdirildi, bir neçə izlədiyim həmkarım "blok"a atıldı. Neçə nəfər zəng etdi ki, məni silmisən. İzah etdim ki, mənim bundan başım çıxmır, etməmişəm. Sonra Natavan da məni başa düşdü. İnstaqramla anadan olmamışam. Məni sevən təbəqə İnstaqram işlətmir".

Niyam gənc ifaçıları tənqid edib:

"Elə müğənni var çıxır mahnı oxuyur, səviyyəsi yoxdur. Amma deyir ki, baxış sayı milyonu keçib. Ayıbdır, özünə qulaq asıb görəsən? 50 min adam dinləsin, amma mahnının çəkisi olsun.

Şou-biznesdə birləşmələr olsaydı, yaxşı olardı. Bu mafiya deyil, təməldir. Rusiyada belədir. Bir çox ifaçı birləşib təməl qoyublar. O rus mafiyasına keçmək üçün tərəzidən keçirilirlər. Təbəqələr var: Agün Kazımova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva... Bizdə də gənclər sənətə gələndə onların tərəzisindən keçsəydilər, yaxşı olardı".

pia.az