530-dan çox texnika daşınıb, 250-dən çox təyyarə reysi olub - Dmitri Bulqakov

Dağlıq Qarabağdakı Rusiya sülhməramlı qüvvələri üçün indiyədək 530 vahiddən çox texnika daşınıb. 250-dən çox təyyarə reysi həyata keçirilib, 2000-ə yaxın şəxsi heyət çatdırılıb. Bu haqda Rusiya müdafiə nazirini müavini Dmitri Bulqakov Müdafiə Nazirliyinin rəsmi “Qırmızı Ulduz” nəşrinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Dağlıq Qarabağdkı Rusiya sülhməramlı kontingentinin yerləşdirilməsi şəraitini yaxşılaşdırmaq üçün müxtəlif həcmlərdə 31 blok-modul şəhərcik yaradılıb. Bulqakov bildirib ki, Rusiya sülhməramlılarının təchizatı Ermənistan ərazisi üzərindən aviasiya və Azərbaycan üzərindən dəmiryol nəqliyyatı ilə həyata keçirilir. Ordu generalı Bulqaov onu da bildirib ki, bu vaxta qədər regionda Rusiya sülhməramlılarına qarşı hansısa təxribat qeydə alınmayıb.(virtualaz.org)

pia.az.