Tramp ədliyyə nazirini işdən qovur

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi müşavirədə ədliyyə naziri Uilyam Barrın vəzifəsindən azad olunması məsələsini gündəmə gətirib.

PİA.az xəbər verir ki, bu barədə CNN Ağ Evdəki mənbələrə istinadən məlumat verib.

Mənbənin iddiasına görə, Tramp Barra seçkilərdən əvvəl rəqibi Co Baydenin oğlu Hanter Baydenə qarşı ittihamları araşdırmaması səbəbindən qəzəblənib.

Müşavirədə prezidentin naziri vəzifəsindən uzaqlaşdırmaq məsələsini gündəmə gətirdiyi və bu barədə müşavirlərinin fikrini öyrəndiyi bildirilib.

Donald Tramp bu səhər Tvitterdəki paylaşımında Barrı sərt şəkildə tənqid etmişdi.

ABŞ-da noyabrın 3-də keçirilən seçkilərdə məğlub olan Tramp qısa müddətdən sonra müdafiə naziri Mark Esperi işdən qovmuşdu.

pia.az