Ankarada inşaatda torpaq çöküb, bir nəfər ölüb

Ankarada bir inşaatda aparılan qazıntı işləri zamanı iki işçi torpaq çöküntüsü altında qalıb, biri ölüb.

APA-nın yerli bürsounun xəbərinə görə, hadisə Ankaranın Söyütözü məhəlləsində baş verib.

Torpaq çökütüsü altında qalan 58 yaşlı kişinin meyiti çıxarılıb. Torpaq altında qalan 48 yaşlı digər fəhlə ilə bağlı xilasetmə əməliyyatı davam edir.

pia.az