Heydər Əliyevin 20-ci əsrin sonunda “21-ci əsr” jurnalına verdiyi maraqlı müsahibə

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1998-ci ildə “21-ci əsr” jurnalına müsahibə verib. Adətən, müsahibələrdə Heydər Əliyevdən proseslərlə bağlı siyasi mövqeyi soruşulur. Bu qeyri-adi müsahibədə öz əksini tapan mövzular siyasətdən çox uzaqdır.

PİA.az dahi siyasətçinin 21 maraqlı suala cavabını təqdim edir.

- Ən çox sevdiyiniz şeir?

- Səməd Vurğunun “Azərbaycan” şeiri.

- Ən çox sevdiyiniz şair?

- Şəhriyar.

- Ən çox sevdiyiniz mahnı?

- Xalq mahnıları və Tofiq Quliyevin mahnıları.

- Ən çox sevdiyiniz bəstəkar?

- Üzeyir Hacıbəyov.

- Ən çox sevdiyiniz dramaturq?

- Hüseyn Cavid.

- Ən çox sevdiyiniz sənət əsəri?

- Səttar Bəhlulzadənin “Muğan gözəli”.

- Ən çox sevdiyiniz sənət növü?

- Miniatür.

- Ən çox sevdiyiniz sənətkar?

- Əhməd Eldarov.

- Ən çox sevdiyiniz içki?

- Çay, səhərlər südlə.

- Ən çox sevdiyiniz gül?

- Qızılgül.

- Ən çox sevdiyiniz rəng?

- Zoğalı rəng.

- Ən çox sevdiyiniz idman növü?

- Yüngül və üzgüçülük.

- Ən çox sevdiyiniz insan xasiyyətləri?

- Mərdlik.

- Ən çox sevdiyiniz şəhər?

- Bakı.

- Ən çox sevdiyiniz mövsüm?

- Yaz.

- Ən çox sevdiyiniz qələm növü?

- Mürəkkəblə yazan qələm.

- Ən çox sevdiyiniz rəqəm?

- 7.

- Ən çox sevdiyiniz bayram?

- Novruz.

- Ən çox sevdiyiniz jurnal?

- “Molla Nəsrəddin”.(Teleqraf)

pia.az