Ankaranın meri Azərbaycanın Zəfər paradı ilə bağlı paylaşım edib

Türkiyənin paytaxtı Ankara şəhərinin meri Mansur Yavaş sosial şəbəkədə Azərbaycanın Vətən müharibəsində qazandığı Zəfər ilə bağlı paylaşım edib.

“Report” xəbər verir ki, paylaşım merin feysbuk səhifəsində yayılıb.

“Zəfərin mübarək, Azərbaycan! Biz bir millət, iki dövlətik. Sənin sevincin daim bizim sevincimiz olacaq”, - o yazıb.

Merin paylaşdığı şəklin üzərində isə “Dillərə dastan olan Zəfərin mübarək olsun, Azərbaycan” yazılıb.

pia.az