"Qəbələ" - "Qarabağ" matçının saatı açıqlandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun oyun cədvəli məlum olub.

Eyni gündə keçiriləcək turun iki görüşü “CBC Sport” kanalı vasitəsi ilə, biri isə Peşəkar Futbol Liqasının yutub kanalında canlı yayımlanacaq.

Günün ilk matçında "Qəbələ" "Qarabağ"ı qəbul edəcək. Tura "Sabah" - "Neftçi" qarşılaşması ilə yekun vurulacaq.

20 dekabr (bazar)

15:00. “Qəbələ” – “Qarabağ”Qəbələ şəhər stadionu(canlı/“CBC Sport“)

16:00. “Keşlə” – “Səbail”“ASK Arena”

16:00. “Zirə” – “Sumqayıt”Zirə İdman Kompleksinin stadionu, 16:00 (canlı/pfl.az)

17:15. “Sabah” – “Neftçi”“Bank Respublika Arena” (canlı/“CBC Sport“)

pia.az