Erməni qubernatorun zirzəmisində “əsgər payı” aşkarlandı

Müharibə bitsə də, Ermənistanda ordu ilə bağlı qalmaqallar səngimir.

Tanınmış ictimai fəal David Bablanyan bildirib ki, xarici ölkələrdən erməni əsgərləri üçün göndərilən yardımlar mənimsənilib.

O, yenicə üzə çıxan bir fakt haqqında söz açaraq deyib: “Almaniya erməniləri tərəfindən əsgərlərə göndərilən 2,5 ton həcmində yardım Lori vilayətinin qubernatorunun evinin zirzəmisində tapılıb”.

Bablanyan ixtisasca diş həkimi olan qubernator Andrey Qukasyanın yaxınlarının da zirzəmisindən xeyli sayda gizlədilmiş yardımların üzə çıxdığını qeyd edib.

pia.az