"Messi kimi birinin dünyaya gəlməsi 100 il çəkə bilər" - Levandovski

“Messi əla oyunçudur, futbol tarixinin ən yaxşılarından biridir”.

Qol.az xəbər verir ki, bu sözləri "Bavariya"nın hücumçusu Robert Levandovski "Ole"yə müsahibəsində deyib.

"Messi haqda nə düşünürsünüz" sualını cavablandıran polşalı futbolçu ona çatmaq üçün 100 il vaxt lazım olduğunu bildirib: “Bəlkə də Messinin qazandığını heç kim əldə edə bilməz. Onun kimi birinin dünyaya gəlməsi 100 il və daha çox çəkə bilər. Lakin əvvəldən gördüyü işlər sayəsində Messi tarixin ən böyük futbolçularından biridir və olacaq. Messidən çox şey gözlənilir".

pia.az