Lider uduzdu, “Qalatasaray” 3 qolluq qələbə ilə zirvəyə şərik oldu

Futbol üzrə Türkiyə Superliqasında XI turun oyunları davam edir.

Bu gün "Qalatasaray" klubu doğma meydanda "Hatayspor"u qəbul edib. Gərgin keçən görüşdə meydan sahibləri rəqib qapısına üç cavabsız qol vurub.

"Qalatasaray"a qələbə qazandıran qollara Mbaye Caqne (32), Pablo (64 - öz qapısına) və Məhəmməd Aktürkoğlu (90+2) imza atıblar.

Günün digər görüşündə "Gənclərbirliyi" komandası lider "Alanyaspor"u 2:1 hesabı ilə məğlub edib. "Ərzurumspor" isə səfərdə "Konyaspor"a (2:0) uduzub.

Bundan başqa, "Göztəpə" - "Kayserispor", "Yeni Malatyaspor" - "Başakşəhər" matçları 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, hazırda turnir cədvəlinə 23 xalla "Alanyaspor" başçılıq edir. Onunla eyni xala sahib olan "Qalatasaray" ikinci, 20 xal toplayan "Fənərbağça" isə üçüncü pillədə yer alıb.

pia.az