Kürdəmirdə avtomobil aşıb, xəsarət alan var
Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Qarasu kəndində qeydə alınıb.
Belə ki, sürücü, 24 yaşlı Cəfərov Yolçu Şaiq oğlu “VAZ-2106” markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq aşıb. Hadisə zamanı sürücü müxtəlif növ bədən xəsarətləri alıb. Yaralı Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Fakt araşdırılır.
pia.az