Blatter koronavirusdan sağaldı

FİFA-nın sabiq prezidenti Yozef Blatter koronavirusdan sağalıb.

PİA.az qol.az-a istinadən xəbər verir ki, bu barədə 84 yaşlı sabiq rəhbər "The Athletic"ə açıqlamasında deyib. Blatter onda heç bir əlamət olmadığını və  özünü yaxşı hiss etdiyini bildirib.

Qeyd edək ki, Y.Blatter 1998 - 2015-ci illərdə FİFA-nın prezidenti olub.

pia.az