Türkiyədə daha 193 nəfər koronavirusdan öldü - Foto

Türkiyədə koronavirusdan (COVID-19) gündəlik ölümlə bağlı ən yüksək göstərici qeydə alınıb. Belə ki, son sutka ərzində pandemiyadan 193 nəfər ölüb.

Bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca açıqlamasında bildirib.

Nazir bildirib ki, koronavirusdan ölənlərin ümumi sayı 14 509 nəfərə çatıb.

Onun sözlərinə görə, ölkədə 6 903 yeni yoluxma halı qeydə alınıb, yoluxanların ümumi sayı 527 070 nəfərə çatıb.

pia.az