Azərbaycan dənizçiləri anım dəqiqəsinə qoşulub

Bu gün, saat 12:00-da bütün ölkə ərazisində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Vətən Müharibəsinin şəhidlərinin xatirəsinə ehtiram əlaməti olaraq "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) dənizçiləri də sükut dəqiqəsinə qoşulublar.

Bu barədə "Report"a ASCO-dan məlumat verilib.

Məlumata görə, gəmilərdən fasiləsiz fit səsi verilib, hüzn əlaməti olaraq dövlət bayraqları endirilib.

pia.az