ATƏT-in Nazirlər Şurasının iclası başlayıb

ATƏT-in Nazirlər Şurasının iclası başlayıb.

ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Baş naziri və xarici işlər naziri Edi Ramanın dəvəti ilə baş tutan qurumun Nazirlər Şurasının 27-ci iclası COVID-19 pandemiyası ilə əlaqədar videokonfrans formatında keçirilir. Dekabrın 3-4-də keçiriləcək iclasda regiondakı təhlükəsizlik məsələləri, ATƏT-in hazırkı və gələcək kursu və ATƏT rəhbərliyindəki boş postlara təyinatlar müzakirə olunacaq.Nazirlər Şurasının iclasında 50-dən çox ölkənin xarici işlər naziri iştirak edir.

Nazirlər Şurasının iclası həm də Albaniyanın ATƏT-ə sədrliyinin yekunu ilə bağlıdır və videokonfransda ATƏT-in növbəti il üçün kursu müəyyənləşəcək.

Qeyd edək ki 2021-ci il yanvarın 1-dən etibarən ATƏT-ə sədrlik İsveçə keçir.(apa)

pia.az