Bakıda küçədə kişi meyiti tapıldı

Bakının Nizami rayonu, Qara Qarayev prospektində, 31 saylı yaşayış binasının qarşısında üzərində zorakılıq əlamətləri olmayan naməlum kişi meyiti tapılıb.

Oxu.Az-a bu barədə hüquq-mühafizə orqanlarından məlumat verilib.

 Təxminən 30-35 yaşlarında olan kişinin kimliyi hələ müəyyənləşməyib, lakin ümumi görünüşünə əsasən məhkəmə tibb ekspertləri onun sərgərdan həyat tərzi keçirən olduğu qənaətinə gəliblər. İlkin ehtimala görə, o qaraciyər serrozundan ölüb.

pia.az