Messi növbəti Çempionlar Liqası oyununu da buraxacaq

İspaniya "Barselona"sı UEFA Çempionlar Liqasının qrup mərhələsinin V turunda səfərdə Macarıstanın "Ferentsvaroş" komandası ilə matda bir neçə futbolçusunun xidmətindən yararlanmayacaq.

PİA.az-ın məlumatına görə, baş məşqçi Ronald Kuman qapıçı Mark-Andre ter Ştegen, yarımmüdafiəçi Filippe Koutinyo və kapitan Lionel Messini Budapeştə aparmayacaq. Kuman oyunçulara istirahət verməli olduğunu düşünərək bu addımı atıb.

Qeyd edək ki, dekabrın 2-də keçiriləcək "Ferentsvaroş" - "Barselona" qarşılaşması Baı vaxtı ilə saat 24:00-da başlayacaq. Lionel Messi Ukraynada Kiyev "Dinamo"sunu 4:0 hesabı ilə məğlub etdikləri IV tur matçını da buraxmışdı. (Report)

pia.az