Türkiyə və Rusiya Qarabağla bağlı anlaşdı - Türklər gəlir...

Qarabağda atəşkəsə nəzarət etmək üçün Ortaq Müşahidə Məntəqələrinin yaradıması ilə bağlı Türkiyə-Rusiya sazişi imzanadı.

PİA.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd edək ki, noyabrın 11-də Türkiyə Milli Müdafiə naziri Hülusi Akarla Rusiyanın Müdafiə naziri Sergey Şoyqu arasında videokonfrans üsulu ilə Qarabağda Ortaq Müşahidə Məntəqələrinin yaradılması ilə bağlı ilkin saziş imzalanmışdı.

Bu gün isə Ortaq Müşahidə Məntəqələri ilə bağlı texniki məsələlərin müzakirəsinin sona çatıb və tərəflər sazişi imzalayıblar.

pia.az