Vasif Məhərrəmli həmkarının müdafiəsinə qalxdı - Video

Əməkdar artist Vasif Məhərrəmli son günlər tənqid olunan həmkarı Manaf Ağayev barədə danışıb.

Sənətçi Manafı müdafiə edərək onun cəbhədəki hərbçilərimizə 15-20 min manatlıq yardım apardığını bildirib:

"Müharibə başlayandan bir həftə sonra Manaf yardımla bağlı cəbhəyə getdi. 15-20 min manat dəyərində yardım apardı. Mən də azacıq nəsə etdim. Manaf da, mən də bunu işıqlandırmadıq. Manafın etdiyinin üçdə birini etməmişəm. Amma haqqını yeyiriq. Onun övladlarının müharibəyə getməməsinə gəldikdə isə... Böyük oğlu Elçin dövlət işində işləyir. Məsləhət bilinsəydi göndərilərdi. Kiçik oğlu Müşviq də onun kimi... Manafın iki bacısı, iki qardaşı oğlu döyüşdədir. Mənim böyük qardaşımın oğlu hazırda döyüş bölgəsindədir. Bizim özümüzün yaşı uyğun olmadığı üçün göndərilmədik”.

Həmin görüntüləri təqdim edirik:

pia.az