Hacıqabulda 28 yaşlı kişi intihar edib

Hacıqabulda 28 yaşlı kişi özünü asaraq intihar edib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Hacıqabul sakini, 1992-ci il təvəllüdlü  Bayramzadə Nemət Şöhrət oğlu özünü nənəsinin yaşadığı fərdi yaşayış evinin həyətindəki çardaqdan asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil.

N.Bayramzadənin 3 yaşında qızı var.

pia.az