Bakıda köşkdə yanğın olub, gözətçi ölüb

Bakıda yanğın zamanı bir nəfər ölüb.

Bu barədə PİA.az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilir ki, paytaxtın Nərimanov rayonunda ümumi sahəsi 3 m² olan taxtadan ibarət gözətçi köşkünün yanar konstruksiyaları yanıb. Yanğın zamanı 1960-cı il təvəllüdlü Məcidov Ədalət Əvəz oğlunun meyiti yanğınsöndürənlər tərəfindən aşkar olunub. Yaxınlıqdakı avtomobillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

pia.az