Bakının bəzi yollarında sıxlıq yaranıb

Bakının Ziya Bünyadov prospektində (Poladəritmə zavodunun qarşısında) tunelə girişdə yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, hadisə səbəbindən yolda sıxlıq müşahidə olunur.

Bundan başqa, 3-cü Mikrorayon dairəsi ətrafında hərəkətdə çətinlik yaranıb. Dairə ətrafında tıxac var. Hər iki ünvandakı nəqliyyat şəraiti həmin ərazidən keçən müntəzəm və ekspres xətlər üzrə avtobusların hərəkət intervalında gecikmələr yaradır.

pia.az