Bu planetlər ilk dəfə bir-birinə minimum məsafədə yaxınlaşacaq

ABŞ-ın Rays Universitetinin astronomları dekabrın 21-də Günəş batandan sonra Yupiter və Saturn planetlərinin gecə səmasında bir-birinə minimum məsafədə yaxınlaşacağını hesablayıblar.

PİA.az ted.az-a istinadən bildirir ki, tədqiqatçılar orta əsrlərdən bəri planetlərin bir-birinə bu qədər yaxınlaşmadığını bildiriblər.

Qeyd edilib ki, hava şəraiti imkan verərsə, qeyri-adi təbiət hadisəsini Yerin istənilən nöqtəsindən müşahidə etmək mümkün olacaq.

pia.az