Xocalı rayonunun Quşçubaba kəndi Baharlı kəndi adlandırılıb

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Xocalı rayonunun Quşçubaba kəndinin Baharlı kəndi adlandırılması haqqında” qanunu təsdiq edib.

PİA.az-ın məlumatına görə, qanuna əsasən, Azərbaycan Respublikasının Xocalı rayonunun Qarabulaq kənd inzibati ərazi dairəsi tərkibindəki Quşçubaba kəndi Baharlı kəndi adlandırılıb.(APA)

pia.az