Merkelin iqamətgahına üzərində “lənətə gəlmiş qatillər” yazılmış avtomobil çırpılıb - Video

Berlində Almaniya kansleri Angela Merkelin iqamətgahının qapılarına “Qloballaşma siyasətini dayandırın” və “Uşaqların və qocaların lənətə gəlmiş qatillərisiniz” sözləri yazılan avtomobil çırpılıb.

Bu barədə “Reuters” xəbər yayıb.

İlkin məlumata görə, hadisə nəticəsində zərərçəkən olmayıb.

Avtomobilin sürücüsü saxlanılıb.

Hadisə yerinə polis və yanğınsöndürənlər cəlb olunub.

pia.az