Ermənilər “Qarabağ“ın Ağdamdakı “İmarət”ini viran qoyublar - Video

Ağdamın "İmarət" stadionunun son halını əks etdirən görüntülər yayılıb.

27 il Ağdamı işğal altında saxlayan ermənilər arenanı da dağıdıblar.

Videodan göründüyü kimi, "İmarət"in əvvəlki halından əsər-əlamət belə qalmayıb.

"İmarət" stadionunun açılışı 1952-ci ildə olub. İşğala qədər "Qarabağ" ev oyunlarını məhz bu stadionda keçirirdi.

pia.az