Ölkədə bu qadağalar bitdi

Bu gün saat 06:00-dan etibarən şənbə və bazar günləri həyati əhəmiyyət kəsb edən fəaliyyət növləri, o cümlədən aptek və ərzaq mağazaları istisna olmaqla digər bütün sahələr üzrə dayandırılan yerində xidmətlər yenidən bərpa olunub.

PİA.az-ın məlumatına görə, bu haqda Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Şənbə və bazar günləri bərbərxana və gözəllik salonlarında, kafe-restoranlarda və digər iaşə obyektlərində yerində dayandırılan xidmətlər bu gündən bərpa edilir.

Qərar 2020-ci il 21 noyabr saat 00:00-da qüvvəyə minib və bütün ölkə ərazisində 28 dekabr saat 06:00-dək şənbə və bazar günləri qüvvədədir.

pia.az