“Qarabağ” “Sumqayıt”ı darmadağın etdi

Azərbaycan Premyer Liqasında 10-cu tura start verilib.

Son çempion “Qarabağ” öz meydanında lider “Sumqayıt”la qarşılaşıb.

Matç "Qarabağ"ın böyükhesablı qələbəsi ilə yekunlaşıb - 6:1.

Bu günə nəzərdə tutulan “Sabah” – “Səbail” oyunu bəzi futbolçular yenidən koronavirus testindən keçəcəyi üçün qeyri-müəyyən vaxta təxirə salınıb.

Qeyd edək ki, tura sabah yekun vurulacaq.

21 noyabr

16:00. "Qarabağ" - "Sumqayıt" - 6:1 (İkinci hissə)

Qollar: Donald Gerye, 28, 45+1, Abdullah Zubir, 34, 90, Toral Bayramov, 54, Mahir Emreli, 75, -Tellur Mütəllimov, 87

Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Kamranbəy Rəhimov

Bakı. "Azersun Arena"

pia.az