Mariya Zaxarova Bakı aeroportunda koronavirus testi vermesi ilə bağlı paylaşım edib

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Bakı aeroportunda COVID-19 testi verib.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya XİN rəsmisi bu barədə “Facebook”-da paylaşım edib.

“Biz Bakıdayıq. Aeroportda COVİD ekspess testi mütləq prosedurdur. Hə şey tez və düzgün şəkildə edilir”,- deyə Zaxarova paylaşımında yazıb.

pia.az