Beyrutun yaxınlığında yerləşən həbsxanadan 70-ə yaxın dustaq qaçıb

Livanın paytaxtı ətrafındakı Baabda rayonunda yerləşən həbsxanada kütləvi məhbus qaçışı baş verib.

AZƏRTAC LBC telekanalına istinadla xəbər verir ki, əldə olan məlumata görə, 70-ə yaxın dustaq kameralarının qapılarını sındıraraq mühafizəçilərin əl-qolunu bağlayıb və şəhər istiqamətinə qaçıb.

Hazırda təhlükəsizlik qüvvələri Baabda rayonunu mühasirəyə alaraq qaçan dustaqların axtarışını davam etdirir. İndiyədək yalnız doqquz məhbusun tutulduğu bildirilir.

pia.az