Azərbaycan ermənilərin əsirlikdə işgəncə verdiyi hərbiçilərimizlə bağlı AİHM-ə sorğu göndərilib

“Bu gün azərbaycanlı hərbi əsirlər Amin Musaev və Bayram Kərimovla qeyri-insani rəftarla əlaqədar Ermənistana qarşı təcili olaraq müvəqqəti tədbirlərin tətbiqi məqsədi ilə Avropa İnsan Hüquqları Məhkəməsinə sorğu göndərdim”.

PİA.az xəbər verir ki, bu sözləri Ali Məhkəmə sədrinin müavini Çingiz Əsgərov tvitter səhifəsində yazıb.

pia.az