Maya Sandu: “Rusiya Dnestryanı ərazini tərk etməlidir, Krım isə Ukraynanın ərazisidir”

Moldovanın yeni seçilmiş prezidenti Maya Sandu Rusiya qoşunlarını Dnestryanı ərazilərdən çıxmağa çağırıb.PİA.az-ın məlumatına görə, Sandu "Evropeyskaya Pravda"-ya verdiyi müsahibədə belə deyib."Və - bəli, Dnestryanı Rusiya tərəfindən dəstəklənir. Pulsuz qaz təchizatı daxil olmaqla, ən müxtəlif güzəştlərlə", - Maya Sandu belə deyib.O, eyni zamanda Moldovanın federallaşmasına da qarşı çıxıb."Münaqişənin həlli üçün bir format tapacağımıza əminəm. Bu həll yolu Rusiya qoşunlarının Moldova ərazisindən tamamilə çıxarılmasını da əhatə etməlidir. Həmişə bu barədə danışmışdıq və danışmağa davam edəcəyik”.Onun sözlərinə görə, Moldova təkbaşına münaqişənin son siyasi həllinə nail ola bilməz, çünki Rusiya danışıqlar formatının bir hissəsidir.Maya Sandu Krımla bağlı mövqeyinin dəyişməz qaldığını, bu yarımadanın Ukraynanın bir hissəsi olduğunu deyib.(Ovqat.com)

pia.az