Müğənni əsgərin “Range Rover“ arzusunu yerinə yetirdi - Video

Tanınmış muğam ifaçısı Babək Niftəliyev əsgərimizin arzusunu yerinə yetirib.

PİA.az xəbər verir ki, xanəndə azad olunmuş torpaqlarımızda əsgərlərimizlə görüşüb. Babək əsgərin onun maşınını sürərkən lentə aldığı videonu sosial şəbəkə hesabında paylaşıb.

"Sən mənim arzumu yerinə yetirdin. "Range Rover" sürdüm. Biz əsgərlər də sizin 30 illik arzunuzu reallaşdırdıq" -, deyə əsgər bildirib.

Həmin görüntüləri təqdim edirik:

pia.az