Məşhur cütlük barışdı - Fotolar

Məşhur aktrisa Serenay Sarıkayanın keçmiş sevgilisi Kerem Bursinlə barışdığı iddia edilir.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisanın son paylaşımı buna səbəb olub.

Belə ki, Serenay Kerem Bursinin geyindiyi sviterin fotosunu paylaşıb. Bu paylaşımdan sonra izləyicilər aktrisaya suallar yağdırıb. O, bütün sualları cavabsız qoyub.

Qeyd edək ki, cütlük bir müddət əvvəl ayrılmışdı. Daha sonra S.Sarıkaya məşhur komediya ustası Cem Yılmazla sevgili olsa da, ondan ayrılmışdı.

pia.az