Məşhurları “öldürən“ tapıldı

Müharibə dövründə məşhurları “öldürənin” kim olduğunu tapılıb.

Yenisabah.az xəbər verir ki, Nəcəf adlı azərbaycanlı şəxs sosial şəbəkə hesabında paylaşım edərək, bəzi məşhurları onun “öldürdüyünü” etiraf edib:

“Burda bu sirri açım, erməni profili ilə Səyyad Əlizadəni, Hüseyn Əzizoğlunu, Toliki, Siyavuşu, Xatirəni və Maral Tahirqızını öldürən mən idim”.

Xatırladaq ki, müharibə dövründə sosial şəbəkələrdə meyxanaçı Mehman Əhmədli, Aşıq Namiq Fərhadoğlu, Namiq Qaraçuxurlu kimi məşhurların ermənilər tərəfindən öldürüldüyü ilə bağlı paylaşımlar edilirdi.

pia.az