Sloveniya - Azərbaycan oyununun hakimləri açıqlandı

Azərbaycan millisinin Sloveniya ilə keçirəcəyi yoldaşlıq oyununa hakim təyinatları açıqlanıb.

"Report" UEFA-nın saytına istinadən xəbər verir ki, matçı Macarıstandan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Ferents Karako olacaq. Ona Peter Kobor və İştvan Albert köməklik göstərəcəklər. 4-cü hakim funksiyasını isə sloveniyalı David Smayts yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 11-də baş tutacaq Sloveniya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

pia.az