“Bu Vətən sizə çox şey borcludur!” – İradə İbrahimova

"Bu da qonşularımızın həzin sonu.Yandıran yanmazmı? İgidlərimizin ayağına daş dəyməsin!”

PİA.az xəbər verir ki, bu sözləri Türkiyədə yaşayan müğənni İradə İbrahimova "İnstagram" səhifəsində yazıb.

Sənətçi əsgərlərimizlə bağlı fikirlərini izləyicilərlə bölüşüb:

"Addım-addım, dənə-dənə, tək-tək, ilmə-ilmə, az-az, öz-öz,balaca-böyük, ürək qədər nəhəng, əsla xırdalanmayan Azərbaycan əsgəri. Yaradana əmanət olun! Varlığını Vətən yolunda fəda edən bütün şəhidlərimzin ruhları şad olsun! Qovuşduğunuz yer cənnət olsun! Bu Vətən sizə çox şey borcludur!"

pia.az