MN rəsmisi: Ermənistan çıxış yolunu yenə də səhv istiqamətdə görür

"Məğlubiyyətə məhkum edilmiş Ermənistan çıxış yolunu yenə də səhv istiqamətdə - dezinformasiya və feyk məlumatları yaymaqda görür".

PİA.az biıldirir ki, bunu Müdafiə Nazirliyinin (MN) mətbuat katibi Anar Eyvazov bu gün keçirilər brifinqdə deyib.

"Ermənistan ordusundan fərqli olaraq Ordumuz feyk ssenarilər əsasında quraşdırılmış səhnəciklərlə deyil, döyüş meydanında müasir avadanlıqlarla çəkilmiş foto və videogörüntülərlə Azərbaycan xalqını və dünya ictimaiyyətini cəbhədə baş verən real hadisələrlə bağlı məlumatlandırır".

pia.az