İranın Ali dini liderinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi nədən xəbər verir?

Ermənistanın İranın sülh missiyasını rədd etdilkdən sonra Tehranın bu ölkəyə qarşı siyasəti dəyişə bilərmi?..

Politoloq: “ATƏT-in həmsədr ölkələrinin fəaliyyətsizliyi kontekstində qonşu ölkələrin Cənubi Qafqazdakı proseslərdə aktiv diplomatik hərəkətə keçdiklərinin şahidiyik”.

“İranın yüksək rütbəli liderlərinin Azərbaycanın leyhinə olan bəyanatları, yəni işğal altında olan torpaqların Azərbaycana qaytarılması bəyanatları həm İran daxilində yaşayan azərbaycanlıların etirazları fonunda, həm də Cənubi Qafqazda Azərbaycanın qələbələri fonunda baş verdi”.

Bu sözləri politoloq Zaur Məmmədov Ermənistanın İranın sülh missiyasını rədd etməsinin səbəblərini PİA.az-a şərh edərkən qeyd edib.

Ermənistan İranın sülh təkliflərini rədd edib. Ənənəyə uyğun olaraq Yerevan işğal etdiyi torpaqları qaytarmaqdan imtina edib. Bundan sonra isə İranın Ali dini lideri Əli Xamneyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatla çıxış edib. Bu gün də İran prezidenti bir daha Azərbaycanın ərazi bütövüyünü dəstəklədilkərini bəyan edib.

Ermənistanın İranın sülh missiyasını rədd etdilkdən sonra Tehranın bu ölkəyə qarşı siyasəti dəyişə bilərmi? Xamneyinin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi nədən xəbər verir?

Mövzunu PİA.az-ın əməkdaşı Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov ilə müzakirə edib.

Zaur Məmmədov: “Rusiya və Türkiyənin birgə sülh prossesinə qoşulmaları Ermənistan tərəfindən qəbul edilməsə də, bu artıq reallıqdır”.

İran prezidentinin nümayəndəsinin Moskvaya və Ankaraya səfərinin Cənubi Qafqazda baş verən hadisələrdən heç bir qonşu ölkənin kənarda qalmaq istəməməsinin göstəricisi olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, region ölkələri öz dövlət maraqlarının burada nəzərə alınmasını istəyirlər:

“ATƏT-in həmsədr ölkələrinin fəaliyyətsizliyi kontekstində qonşu ölkələrin Cənubi Qafqazdakı proseslərdə aktiv diplomatik hərəkətə keçdiklərinin şahidiyik. Rusiya və Türkiyənin birgə sülh prossesinə qoşulmaları Ermənistan tərəfindən qəbul edilməsə də, bu artıq reallıqdır. İran prezidentinin nümayəndəsinin Moskvaya və Ankaraya səfəri bir daha onu göstərir ki, Cənubi Qafqazda baş verən hadisələrdən heç bir qonşu ölkə kənarda qalmaq istəmir. Region ölkələri münaqişənin həllində öz dövlət maraqlarının nəzərə alınmasını istəyirlər və çalışırlar ki, həll prossesi onların mövqelərini sarsıtmasın.

Hamıya məlumdur ki, uzun müddət qonşu ölkələr Azərbaycan və Ermənistan arasında baş verən müharibələrdə Azərbaycanın yanında deyildilər. Onların Ermənistanı iqtisadi cəhətdən gücləndirməsi və Ermənistana etdikləri silah yardımı da yadımızdan çıxmayıb. İndi isə Azərbaycan hərbi əməliyyatlara başlayandan sonra onun ordusunun uğurlarını nəzərə alan İran və Rusiya kimi dövlətlər davranışlarında bir qədər düzəlişlər etdilər.

Zaur Məmmədov: “Nikol Paşinyanın hakimiyyətdə gəlməsində əsas səbəbkarıardan birinin də İran olduğunu bilirik”.

İranın yüksək rütbəli liderlərinin Azərbaycanın leyhinə olan bəyanatları, yəni işğal altında olan torpaqların Azərbaycana qaytarılması bəyanatları həm İran daxilində yaşayan azərbaycanlıların etirazları fonunda, həm də Cənubi Qafqazda Azərbaycanın qələbələri fonunda baş verdi. Buna görə də Ermənistan açıq-aşkar şəkildə Türkiyənin vasitəçiliyini qəbul etmir, İranın da vasitəçiliyinin dolayı yolla inkar ediblər. Ermənistan həmsədr ölkələrin vasitəçiıiyi əsasında danışıqların davam etdirilməsində maraqlı olduqlarının mesajını verirlır. Bu da o deməkdir ki, Ermənistan təkcə Türkiyəyə deyil, İrana da etibar etmir.

Digər tərəfdən isə Nikol Paşinyanın hakimiyyətdə gəlməsində əsas səbəbkarıardan birinin də İran olduğunu bilirik. Buna görə də Ermənistanın müharibədən sonrakı dövrdə İranla münasibətlərində soyumanının şahidi ola bilərik. Hər halda bütün dövlətlər başa düşməlidirlər ki, Azərbaycan hansı dövlətlərin düşmənə kömək etdiklərini bilir. Buna görə də Azərbaycan üçün bütün ölkələrin real mövqeləri kifayət qədər vacib əhəmiyyət kəsb edir”.

Nərminə UMUDLUpia.az