"Fənərbaxça" qalib gəlib, "Sivasspor" heç-heçə oynayıb

Türkiyə Super Liqasında VII turun daha iki oyunu keçirilib.PİA.az-ın məlumatına görə, “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Sivasspor” Azərbaycan çempionu ilə oyunöncəsi debütant “Hatayspor”un qonağı olub.Avrokubok da daxil olmaqla son 3 matçdan məğlub ayrılan Rıza Çalımbayın yetirmələri bu mövsüm öz meydanında keçirdiyi hər iki qarşılaşmada qələbə qazanan Ömər Ərdoğanın kollektivi önündə 1 xalla kifayətlənməli olub. Ev sahiblərinin son dəqiqələri azlıqda keçirmələri də “igidlər”ə kömək olmayıb.Çempionluğa əsas namizəd sayılan “Fənərbaxça” “Antalyaspor”la səfərdə üz-üzə gəlib. Ev sahibləri birinci hissənin sonlarında meydanda azlıqda qalmasına və fasilədən dərhal sonra qol buraxmasına baxmayaraq, tezliklə bərabərlik topunu vurub. Lakin final fitinə yaxın qələbə qolunu vuran “sarı-lacivərdlilər” liderliyə yüksəlib.Qeyd edək ki, turun “Göztəpə” – “Alanyaspor” oyunu təxirə salınıb.Türkiyə Super LiqasıVII tur2 noyabr“Antalyaspor” – “Fənərbaxça” – 1:2Podolski, 52 – Ozan Tufan, 49, Perotti, 84 (pen.)“Hatayspor” – “Sivasspor” – 1:1Akintola, 8 – Qradel, 6  (Apasport.az)

pia.az