İzmir yenə silkələndi 

Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda 4,1 bal gücündə növbəti zəlzələ baş verib.

Bu barədə “Haber Global” AFAD-a istinadən məlumat yayır.

 İzmirdə 6,6 bal gücündə oktyabrın 30-da baş verən zəlzələdən sonra 1000-dən çox yeraltı təkan meydana gəlib.

Bölgədə yeraltı təkanlar davam edir.

Yerli vaxtla saat 14:58-də baş verən zəlzələ 6 kilometr dərinlikdə qeydə alınıb.

pia.az