Qarabağ döyüşlərində təhlükəli mərhələ deyərkən nə nəzərdə tutulur?

Bəzi müşahidəçilər Qarabağ müharibəsində təhlükəli mərhələ deyiləndə nəyi nəzərdə tuturlar və risklər nədən ibarətdir?..

Politoloq: “Qarabağ müharibəsində təhlükəli mərhələ gəlir, deyən müşahidəçilər prosesləri yaxşı müşahidə etmirlər”.

“Qarabağ müharibəsində Azərbaycan üçün təhlükəli mərhələ ilk 1-2 həftələr idi. Çünki ilk həftələrdə vasitəçilər müxtəlif yollarla müharibəni dayandıra bilərdilər”.

Bu sözləri politoloq Əhəd Məmmədli bəzi müşahidəçilərin Qarabağda gedən döyüşlərin təhlükəli dövrə getdiyi fikirlərini PİA.az-a şərh edərkən qeyd edib.

Bildiyimiz kimi bir aydan çoxdur ki, Qarabağda döyüşlər gedir. Döyüşlər başlanan andan demək olar ki, hərbi əməliyyatlarda üstünlük Azərbaycanın xeyrinədir. Belə ki, bu müddət ərzində artıq Azərbaycan 200-dən çox kəndləri işğalçılardan azad edib.

Bəzi müşahidəçilər isə hesab edir ki, intensiv döyüşlərin davam etdirilməsi təhlükəli mərhələyə gəlib çatır. Təhlükəli mərhələ deyiləndə nə nəzərdə tutulur və risklər nədən ibarətdir?

Mövzu ilə bağlı “Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli öz fikirlərini PİA.az-ın əməkdaşı ilə bölüşüb.

Əhəd Məmmədli: “Həmin müşahidəçilərə görə Azərbaycan Xankəndinin və Şuşanın 5 kilometrliyində dayanmalıdır?”.

Müharibəni dayandırmağa Rusiya tərfinin dəfələrlər cəhd etdiyini xatırladan politoloq PİA.az-a açıqlamasında bildirib ki, Azərbaycan rəhbərliyinin iradəsi sayəsində buna nail ola bilmədilər:

“Qarabağ müharibəsində təhlükəli mərhələ gəlir, deyən müşahidəçilər prosesləri yaxşı müşahidə etmirlər. Çünki Azərbaycan Qarabağda təhlükəli mərhələni çoxdan keçib və məsələni bitirmək üzrədir.

Həmin müşahidəçilər görə Azərbaycan Xankəndinin və Şuşanın 5 kilometrliyində dayanmalıdır? Bəs o müşahidəçilər şəhid ailələrimizin hər gün azad olunan torpaq sevincini və övlad qisasını görmürlər?

Əhəd Məmmədli: “Azərbaycan artıq Qarabağda məsələni tamamilə bitirmək üzrədir”.

Qeyd edim ki, Qarabağ müharibəsində Azərbaycan üçün təhlükəli mərhələ ilk 1-2 həftələr idi. Çünki ilk həftələrdə vasitəçilər müxtəlif yollarla müharibəni dayandıra bilərdilər. Müharibəni dayandırmağa Rusiya dəfələrlər cəhd etdi. Amma Azərbaycanın iradəsi sayəsində buna nail ola bilmədilər.

Bir daha deyim ki, Azərbaycan artıq Qarabağda məsələni tamamilə bitirmək üzrədir. Biz Qarabağda ABŞ ordusu ilə deyil, Ermənistan ordusu ilə döyüşürük. Düzdür düşmən ordusunu da xəfifə almaq düz deyil. Amma düşməni şişirtmək də olmaz. Müharibə başlanandan bu günə qədər olan bütün proseslər hamıya aydındır. Azərbaycan işğal edilmiş ərazilərini düşməndən azad edir və bu proses uğurla da davam edir”.

Nərminə UMUDLUpia.az